SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2279
02.05.2020, 20:07
Daha bir neçə şəhər və rayonda icra nümayəndəsi işdən çıxarılıb, cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin xüsusi karantin rejimi qaydaları ilə bağlı qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənovun, Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun, eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun karantin dövründə sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyi məlum olub.
Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun da rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verdiyi müəyyən edilib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Həmçinin oxuyun
Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
16:34 / 15 Fevral 2026
232
16:11 / 15 Fevral 2026
25
16:09 / 15 Fevral 2026
26
14:27 / 15 Fevral 2026
1460
14:13 / 15 Fevral 2026
114
14:09 / 15 Fevral 2026
44
13:44 / 15 Fevral 2026
56
13:32 / 15 Fevral 2026
678
12:30 / 15 Fevral 2026
115
12:27 / 15 Fevral 2026
137
12:16 / 15 Fevral 2026
90
12:05 / 15 Fevral 2026
76
11:41 / 15 Fevral 2026
683
11:11 / 15 Fevral 2026
62
11:08 / 15 Fevral 2026
70
10:53 / 15 Fevral 2026
54
10:46 / 15 Fevral 2026
89
10:31 / 15 Fevral 2026
64
10:24 / 15 Fevral 2026
464
10:18 / 15 Fevral 2026
141
10:09 / 15 Fevral 2026
90
09:49 / 15 Fevral 2026
1408
09:28 / 15 Fevral 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.