SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
758
25.04.2020, 13:54
Ciddi karantin rejimi bitdikdən sonra hava əvvəlki vəziyyət geri dönə bilərmi? Nə qədər müddətə havanın çirklənmə vəziyyəti əvvəlki səviyyəyə qayıda bilər?
Bu suala Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva cavab verib
''Bu zamana qədər belə bənzər hadisələr olmadığından oxşar tədqiqatlar da olmayıb. Amma havanın çirklənməsi üçün elə də uzun zaman lazım deyil. Nəzərə alsaq ki, şəhərimizdə atmosfer havasını əsas çirkləndirən mənbə avtonəqliyyatdır və onların hərəkətinə qadağa götürüldükdə, çox qısa bir zamanda əvvəlki səviyyəyə çatacaq. Deməli, tullantılar da əvvəlki qədər olacaq və nəticədə hazırkı təmiz havamız az bir müddətdə yenidən çirklənəcək. Bu prosesə işini bərpa edən digər müəssisələr də qoşulduğu halda havaya atılan çırkləndirici maddələr əvvəlki səviyyəyə çatacaq.''
Həmçinin oxuyun
Bəs o zaman hansı işlər görülməli, yəni hava necə qorunmalıdır?
''Düşünürük ki, fasilə fürsətindən istifadə edib sənaye və iaşə müəssisələri müasir təmizləyici qurğularla təchiz olunmalıdır. Şəxsi nəqliyyat vasitələrindən daha səmərəli istifadə etmək, ictimai nəqliyyata üstünlük vermək, ictimai nəqliyyat vasitələrinin hərəkətini düzgün tənzimləməklə sərnişinlərin rahatlığını təmin etmək. Yaxın məsafələrə belə şəxsi avtomobilində gedənlər sağlamlıqları üçün piyada gəzməklə həyata baxışlarını dəyişsələr çox gözəl olar.
Burada yaşıllaşdırmanın da böyük rolunu vurğulamaq lazımdır. Son zamanlar çoxsaylı ağacəkmə aksiyaları keçirilir, əvvəllər çirklənmiş ərazilər təmizlənib, yerlərində isə müasir suvarma sistemləri ilə təchiz olunmuş parklar və yaşıl sahələr salınır. Yəni təmiz hava uğrunda mübarizəmiz iki istiqamətli olmalıdır. Bir tərəfdən atmosfer havasına zərərli tullantıları azaltmaqla, digər tərəfdən isə zərərli qazların uducuları olan yaşıllıqları qorumaq və onları artırmaqla.
Beləliklə, nəfəs aldığımız havanın təmizliyi yalnız özümüzdən asılıdır. Gəlin bunu unutmayaq.'' //report
19:42 / 13 Fevral 2026
21
19:39 / 13 Fevral 2026
30
19:29 / 13 Fevral 2026
31
19:20 / 13 Fevral 2026
44
19:11 / 13 Fevral 2026
41
18:59 / 13 Fevral 2026
148
18:54 / 13 Fevral 2026
40
18:40 / 13 Fevral 2026
64
18:33 / 13 Fevral 2026
67
18:29 / 13 Fevral 2026
219
18:25 / 13 Fevral 2026
54
18:02 / 13 Fevral 2026
88
18:00 / 13 Fevral 2026
46
17:54 / 13 Fevral 2026
1223
17:51 / 13 Fevral 2026
109
17:32 / 13 Fevral 2026
251
17:24 / 13 Fevral 2026
371
17:14 / 13 Fevral 2026
81
16:59 / 13 Fevral 2026
312
16:54 / 13 Fevral 2026
64
16:42 / 13 Fevral 2026
1078
16:39 / 13 Fevral 2026
85
16:25 / 13 Fevral 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.