Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə ölü  və  yoluxma sayı sürətlə  artır

2020/04/20/1587407773_koronaxeste.jpg

SON DƏQİQƏ

839

20.04.2020, 22:34

"Türkiyədə daha 123 nəfər pandemiyanın qurbanı olub”.

Oxu24.com -un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 140 nəfərə çatıb.

“Bu gün 39 703 test aparılıb, 4 674 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 90 980 nəfərdir. Bu gün daha 1 454 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 430 nəfərdir”, - nazir qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 444 000-i ötüb. Bunların 640 252 nəfəri sağalıb, 167 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.