SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
807
17.02.2020, 12:27
Fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində səsvermənin nəticələrinə əsasən deputatlığa lider namizəd, Vəhdət Partiyasının sədri Tahir Kərimli təhdid olunur.
Oxu24.com xəbər verir ki, bu barədə Pravda.az-a T.Kərimli özü məlumat verib.
Deputatlığa namizəd məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb:
“87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputatlıq namizədliyi qeydə alınmış şəxslərin sayı 36 idi. Amma onların 20-si namizədliyini geri götürdü. Hazırda 16 namizəd deputatlıq uğrunda mübarizə aparır, onlardan 6-sı səsvermənin nəticələrindən şikayətçidir. Ən ideal seçkilər bəlkə də Ağsu rayonunda keçirildi. Müşahidə edirik ki, digər seçki dairələrindən də şikayətlər var, şikayətçilərin əllərində müəyyən materiallar mövcuddur. Diqqət edin, görün, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən şikayət edənlərin əllərində hər hansı protokol, video-fakt var? Heç bir faktları yoxdur, şikayətləri ümumi xarakter daşıyır.
Həmçinin oxuyun
Prezident İlham Əliyev çağırış etdi ki, gəncələr seçkilərdə aktiv iştirak etsinlər, amma bunlar səhv başa düşdülər. Müraciət o gəncələrə idi ki, o insanlar deputatlıq fəaliyyətinin nədən ibarət olduğunu bilir. Deputatlar seçicilərin hüquqlarını müdafiə edir, qanunvericiliklə məşğul olurlar. Deputatlıq elə çıxışlardan ibarət deyil ki? Elə bilirlər, deputatlıq Milli Məclisdə çıxış etməkdən ibarətdir. Bu, ciddi işdir. Məndən narazı olan deputatlığa namizədlərdən biri – Vüsal İmanov iki dəfə xuliqanlığa və odlu silah gəzdirməyə görə məhkum olunub. Bu şəxs deputat seçilirsə, Milli Məclisin aqibəti necə olar? Hər yoldan ötənin deputatlığa iddia etməsi yolverilməzdir. Təsəvvür edin, bu namizəd necə mübarizə aparır, məni və tərəfdarlarımı ölümlə hədələyir. Vüsal İmanov “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarında bildirir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam, tərəfdarlarını aşağılayacağam. Bu, cinayətdir. Deputatlığa namizəd Ağasən Hüseynovun 71 yaşı var. Etdiyi müraciət formasını haradansa köçürüb, yazır ki, “gənc” mütəxəssis olaraq müraciət edir. Sənin 71 yaşın var, gənc necə sayıla bilərsən? Belə qeyri-ciddi adamlar necə deputatlıq uğrunda mübarizə apara bilər? Həmin namizədlər 10 seçicini toplayıb bir dəfə də görüş keçirə bilməyiblər... Hamı bilir ki, Tahir Kərimlinin hər hansı qanun pozuntusu törədilməsinə ehtiyacı olmayıb. Keçmişim, millət üçün gördüyüm işlər, parlamentdəki çıxışlarım... Bütün bunları xalq bilir. Bizim gördüyümüz işlərin müqabilində bunlar nə iş görüblər? Deputatlıq xeyir-şər evi tikmək deyil? Bunlar niyə belə yanlışlığa yol verirlər...”
Günün maraqlı videosu:
01:08 / 25 Aprel 2026
1
00:59 / 25 Aprel 2026
19
00:22 / 25 Aprel 2026
134
23:49 / 24 Aprel 2026
43
23:35 / 24 Aprel 2026
156
23:21 / 24 Aprel 2026
181
22:43 / 24 Aprel 2026
242
22:31 / 24 Aprel 2026
64
22:31 / 24 Aprel 2026
179
22:29 / 24 Aprel 2026
69
22:21 / 24 Aprel 2026
73
22:20 / 24 Aprel 2026
190
22:15 / 24 Aprel 2026
1309
22:13 / 24 Aprel 2026
62
22:10 / 24 Aprel 2026
604
22:07 / 24 Aprel 2026
64
22:03 / 24 Aprel 2026
170
22:00 / 24 Aprel 2026
129
21:56 / 24 Aprel 2026
69
21:44 / 24 Aprel 2026
161
21:10 / 24 Aprel 2026
127
20:55 / 24 Aprel 2026
99
20:49 / 24 Aprel 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.