SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
544
17.02.2020, 11:29
Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələri və Bəşər Əsəd rejimi ilə dəstəkçiləri arasında yaşanan qarşıdurmalar diplomatiya cəbhəsində fövqəladə hərəkətliliyə səbəb olub.
Publika.az xəbər verir ki, Əsəd rejiminin İdlibdəki irəliləyişi Türkiyə və Rusiya arasında gərginliyi artırıb. Bölgədə gərginliyi azaltmaq və İdlib probleminə həll yolu tapmaq üçün Ankara-Moskva xəttində intensiv görüşlər keçirilir. Bu çərçivədə Rusiyadan bir heyət ötən həftə Ankaraya səfər həyata keçirmişdi. Bu gün isə Türkiyədən hərbi və diplomatik nümayəndələrdən ibarət heyət Moskvaya gedəcək.
Heyətə Xarici İşlər nazirinin müşaviri, səfir Sədat Önal başçılıq edəcək. Rusiya Xarici İşlər Nazirliyində gerçəkləşəcək görüşlərdə Rusiya heyətinə Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev rəhbərlik edəcək. Toplantıların gündəmi İdlib və Bəşər Əsəd rejimi olacaq. Türk heyəti rejimin bölgədə irəliləyişini dayandırmasının vacibliyini vurğulayacaq.
Qeyd edək ki, Ankara toplantısında İdliblə bağlı hər hansı nəticə əldə olunmamışdı.
Diplomatiyadan son şanslarına qədər istifadə edən rəsmi Ankara Rusiya ilə görüşlərdən yekun nəticə əldə edə bilməsə, hərbi varianta üz tutacaq. Bu çərçivədə İdlibə hərbi qüvvələr göndərilir. “Mehmetçik” və Suriya Milli Ordusu hərəkətə keçmək üçün əmr gözləyir.
Həmçinin oxuyun
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında “diplomatiya olmasa, lazımi addımlar atılacaq. Rejim müşahidə məntəqələrindəki əsgərlərimizi hədəfə alır. Buna icazə verməyimiz mümkün deyil”, - sözlərini işlətmişdi.
01:08 / 25 Aprel 2026
1
00:59 / 25 Aprel 2026
19
00:22 / 25 Aprel 2026
134
23:49 / 24 Aprel 2026
43
23:35 / 24 Aprel 2026
156
23:21 / 24 Aprel 2026
181
22:43 / 24 Aprel 2026
242
22:31 / 24 Aprel 2026
64
22:31 / 24 Aprel 2026
179
22:29 / 24 Aprel 2026
69
22:21 / 24 Aprel 2026
73
22:20 / 24 Aprel 2026
190
22:15 / 24 Aprel 2026
1309
22:13 / 24 Aprel 2026
62
22:10 / 24 Aprel 2026
604
22:07 / 24 Aprel 2026
64
22:03 / 24 Aprel 2026
170
22:00 / 24 Aprel 2026
129
21:56 / 24 Aprel 2026
69
21:44 / 24 Aprel 2026
161
21:10 / 24 Aprel 2026
127
20:55 / 24 Aprel 2026
99
20:49 / 24 Aprel 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.