Qaynar xətt:

(+99450) 247 90 86

DİN namizədlərin polisə çağırılmasına münasibət bildirdi

2020/02/07/1581080210_din_mvd_azerbaijan_140118-0-0-0.jpg

SON DƏQİQƏ

567

07.02.2020, 16:55

Daxili İşlər Nazirliyi (DİN) deputatlığa namizədlərin polis orqanlarına çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır.

"Bununla əlaqədar bildirirəm ki, həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ijtimai qaydanı qorumaq, ijtimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə  də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr  materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunverijiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nətijələri üzrə digər qərarlar qəbul olunur.

Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır".