Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! ABŞ İranın daha bir generalın öldürməyə cəhd edib

2020/01/11/1578688341_iran-abs.jpg

SON DƏQİQƏ

1094

11.01.2020, 00:33

 

İranlı general Qasım Süleymaninin raketlə vurulduğu gün – yanvarın 3-də ABŞ Yəməndəki daha bir yüksək rütbəli İran komandirini öldürməyi planlaşdırıbmış.

Oxu24.com  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Nəşrin məlumatına görə, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aparıcı komandirlərindən olan Əbdül Rza Şəhlainin öldürülməsi məqsədilə xüsusi bir əməliyyat keçirib. Lakin əməliyyatın uğursuz alınması nəticəsində planın baş tutmadığı bildirilir.

Məqalədə deyilir ki, eyni gündə iki əməliyyatın keçirilməsi nəzərdə tutulub – Süleymaninin və Şəhlainin öldürülməsi.

Qəzetin yazdığına görə, hətta ABŞ rəsmiləri hər iki əməliyyatın uğurunu eyni anda elan etmək niyyətində olub.

 

Günün  təklif olunan videosu;