SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86SON DƏQİQƏ
669
06.01.2025, 14:24
Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.
Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.
Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.
İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Həmçinin oxuyun
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.
Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.
17:53 / 23 Aprel 2025
Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
1
17:41 / 23 Aprel 2025
Almanlar rus səfirini hədələdilər
6
17:29 / 23 Aprel 2025
İstanbulda zəlzələ zamanı 151 nəfər özünü binadan atıb - Video
153
17:21 / 23 Aprel 2025
İsraildə güclü istilər səbəbindən meşə yanğınları başlayıb
23
17:18 / 23 Aprel 2025
Məhkəmə Qalib Məmmədovla bağlı qərar verib
17
17:03 / 23 Aprel 2025
Onların üç mədəsi var — Dəvəquşu haqda maraqlı faktlar
98
16:59 / 23 Aprel 2025
Zəlzələ anında həyat qurtaran 3 addım
31
16:53 / 23 Aprel 2025
Sikorski Polşanın Ukraynaya 4 milyard avroluq hərbi yardım köçürdüyünü bildirib
22
16:48 / 23 Aprel 2025
Papanın tabutu Azərbaycan xalçası üzərindədir - FOTO
88
16:45 / 23 Aprel 2025
Moskvada partlayışlar baş verib
52
16:44 / 23 Aprel 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
28
16:41 / 23 Aprel 2025
Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama
77
16:23 / 23 Aprel 2025
Azərbaycanda da güclü zəlzələ olacaq?
320
16:23 / 23 Aprel 2025
Zəlzələ vaxtı insanlar binadan belə qaçıblar - VİDEO
39
16:14 / 23 Aprel 2025
Azərbaycanda tutulan rusiyalı fərari ölkəsinə təhvil verildi
31
16:10 / 23 Aprel 2025
Gənc aktrisa qəfil vəfat etdi - FOTOlar
33
15:59 / 23 Aprel 2025
Zəlzələdə xəsarət alanlar var? – Rəsmi açıqlama
42
15:46 / 23 Aprel 2025
Masallıda ana doğuş zamanı öldü
51
15:31 / 23 Aprel 2025
Nicat Rzazadə vəfat edib
287
15:29 / 23 Aprel 2025
Cəlilabadda dələduzluq edən şəxs saxlanılıb
39
15:15 / 23 Aprel 2025
Tanınmış həkimlər məhkəməyə gəldilər - Foto
43
15:04 / 23 Aprel 2025
Ədliyyə Nazirliyindən işdən çıxarılan rəis müavini ilə bağlı - Açıqlama
50
14:53 / 23 Aprel 2025
37 yaşlı kürəkənini bizlə qətlə yetirən qaynata həbs olunub
60
14:11 / 23 Aprel 2025
Türkiyədə güclü zəlzələ oldu
563
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.