AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
896
22.04.2024, 16:17
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizində Azərbaycanın dəniz sərhədini pozan İrana məxsus qayığı saxlayıb, saxlanılanlar var.
Bu barədə Oxu24.com-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

11:32 / 16 Sentyabr 2026
1
11:30 / 16 Sentyabr 2026
44
11:26 / 16 Sentyabr 2026
19
11:24 / 16 Sentyabr 2026
24
11:20 / 16 Sentyabr 2026
27
10:59 / 16 Sentyabr 2026
41
10:58 / 16 Sentyabr 2026
38
10:45 / 16 Sentyabr 2026
50
10:43 / 16 Sentyabr 2026
120
10:39 / 16 Sentyabr 2026
49
10:35 / 16 Sentyabr 2026
50
10:12 / 16 Sentyabr 2026
107
09:55 / 16 Sentyabr 2026
64
09:33 / 16 Sentyabr 2026
90
09:31 / 16 Sentyabr 2026
73
05:25 / 16 Sentyabr 2026
107
05:23 / 16 Sentyabr 2026
203
05:21 / 16 Sentyabr 2026
652
01:42 / 16 Sentyabr 2026
239
00:03 / 16 Sentyabr 2026
180
23:59 / 15 Sentyabr 2026
95
23:36 / 15 Sentyabr 2026
426
23:35 / 15 Sentyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.