Qaynar xətt:

(+99450) 247 90 86

Tokayev  TikTok-dan danışdı

Tokayev  TikTok-dan danışdı

DÜNYA

44

26.11.2026, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-u beyin öldürən sosial media platforması adlandırıb.

Oxu24.com xəbər verir ki, o, bu açıqlamanı Moskvada keçirilən Süni İntellekt Səyahəti konfransından sonra verib.

"İndi hər kəs smartfondan istifadə edir, amma nədənsə onlar onun yalnız zəng etmək, mesajlaşmaq, bəlkə də film izləmək... və TikTok üçün olduğunu düşünürlər. TikTok insanın, xüsusən də gəncin beynini öldürən dəhşətli bir şeydir", - deyə o bildirib.

Tokayev vurğulayıb ki, internetə çıxış olduğu müddətcə insanlar hətta " kənddə oturub" belə smartfondan istifadə edərək pul qazana bilərlər. O əlavə edib ki, insanlara bu öyrədilərsə, onlar "hökumətdən asılı olmayan, qanuni yolla pul qazana bilən tamamilə bacarıqlı insanlar" olacaqlar.

Jalə