Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb 

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb 

KRİMİNAL

48

26.11.2026, 21:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un məlumatına görə, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Zakir İsmayılov yolu keçmək istəyərkən onu “VAZ-2106” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.