Gürcüstanda “Beşiktaş”ın oyununda dava düşdü - Polis müdaxilə etdi
26 Noyabr 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
49
26.11.2026, 22:22
Alimlər indiyə qədər elmə məlum olmayan, lakin hər il qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vuran yeni bir dağıdıcı təbiət mexanizmini üzə çıxarıblar.
Oxu24.com xəbər verir ki, nüfuzlu "Nature" jurnalında dərc olunan araşdırmaya görə, adi su damcıları şüşə, yarpaq və ya plastik kimi səthlərdə sürüşərkən yüksək elektrik yükü toplayır və düşdükləri metal örtükləri mikroskopik ildırım kimi deşərək paslanmanı sürətləndirir.
Şüşədən sürüşən damcı 1000 volt 1000 volt toplayır
Almaniyanın Maks Plank Polimer Tədqiqatları İnstitutunun alimləri Rüdiger Berger və Hans-Yürgen Battın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, su damcıları izolyator (elektrik keçirməyən) səthlərdə sürüşərkən sürtünmə nəticəsində müsbət elektrik yükü qazanır.
Araşdırma zamanı məlum olub ki, cəmi bir neçə millimetr ölçüsündə olan su damcısında yaranan elektrik potensialı 1 kilovoltu (1000 V) keçə bilir.
Bu enerji ilə yüklənmiş damcı boya, lak və ya teflon kimi qoruyucu təbəqə ilə örtülmüş metalın üzərinə düşdükdə maraqlı fiziki proses baş verir:
Damcı ilə altdakı metal arasında güclü elektrik sahəsi yaranır .
Səthə dəyməzdən saniyənin mində biri qədər əvvəl damcı konus forması alır və bütün elektrik yükü onun sivri ucunda toplanır.
Nəticədə mikroskopik elektrik boşalması (mini-ildırım) baş verir, qoruyucu boyada gözlə görünməyən mikro-dəliklər açılır və rütubət birbaşa metala işləyərək onu sürətlə çürüdür.
Təsadüfi laboratoriya təcrübəsi böyük sirri açdı
Tədqiqatçılar əvvəlcə teflonla örtülmüş mis lövhələrin üzərinə birbaşa su damcıları tökərək təcrübə aparıblar. Minlərlə damcıdan sonra belə örtükdə heç bir zədələnmə qeydə alınmayıb.

Lakin alimlər suyu əvvəlcə yarpaq, pəncərə şüşəsi və plastik səthlərdən sürüşdürüb sonra metalın üzərinə yönəltdikdə mənzərə tamamilə dəyişib. Cəmi 3 000 damcıdan sonra elektron mikroskop altında teflon örtüyünün deşildiyi və altdakı mis təbəqəsinin korroziyaya uğradığı aydın şəkildə görünüb.
Avtomobil sahibləri və inşaatçılar üçün nə deməkdir?
İndiyə qədər avtomobillərin, gəmilərin, körpülərin və tarixi abidələrin paslanmasında əsas günahkar kimi rütubət, duzlu su və turşu yağışları göstərilirdi. Yeni kəşf isə sübut edir ki, tamamilə təmiz yağış suyu belə avtomobilin ön şüşəsindən və ya binanın fasadından sürüşərək metal hissələrə dəydikdə örtüyü "deşir".
Alimlər qeyd edirlər ki, bu elektrik boşalması insanlar üçün heç bir təhlükə yaratmır, lakin sənaye üçün böyük əhəmiyyət daşıyır. Kəşf gələcəkdə avtomobil sənayesində, gəmiqayırmada və tikintidə elektrik boşalmalarına davamlı yeni nəsil boya və qoruyucu örtüklərin yaradılmasına yol açacaq.
22:44 / 26 Noyabr 2026
1
22:26 / 26 Noyabr 2026
56
22:16 / 26 Noyabr 2026
73
22:07 / 26 Noyabr 2026
86
21:58 / 26 Noyabr 2026
99
21:52 / 26 Noyabr 2026
87
21:43 / 26 Noyabr 2026
87
21:37 / 26 Noyabr 2026
111
21:33 / 26 Noyabr 2026
105
21:27 / 26 Noyabr 2026
96
21:19 / 26 Noyabr 2026
100
21:08 / 26 Noyabr 2026
106
21:04 / 26 Noyabr 2026
785
20:55 / 26 Noyabr 2026
117
20:50 / 26 Noyabr 2026
103
20:38 / 26 Noyabr 2026
105
20:31 / 26 Noyabr 2026
110
20:26 / 26 Noyabr 2026
243
20:22 / 26 Noyabr 2026
104
20:09 / 26 Noyabr 2026
120
20:02 / 26 Noyabr 2026
222
19:58 / 26 Noyabr 2026
963
19:46 / 26 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.