Qaynar xətt:

(+99450) 247 90 86

BMT Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib

BMT Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib

SİYASƏT

1142

29.03.2022, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

İstanbul razılaşmalarını qiymətləndirən Düjarrik qeyd edib ki, bu sazişlərin mümkün qədər tez konkret razılaşmalara çevrilməsi vacibdir.

Bundan əvvəl İstanbulda, Dolmabaxça sarayında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tutub. Mətbuata qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski deyib ki, Rusiya Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.