Prezident İlham Əliyev TƏBRİK ETDİ
01 Noyabr 2026, 12:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
657
29.03.2022, 20:59
Prezident İlham Əliyev "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nda və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, sənədə əsasən, "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
"3.1.4-1. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;".
"Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilib:
"3.1.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı" altsistemi;";
"3.2.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı" altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;";
2.2. 5.1.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.26-cı yarımbənd əlavə edilib:
"5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;
2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;
3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;
4. əlaqə nömrələri;
5. elektron poçt ünvanı;
6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar).";
2.3. 7.1.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.7-ci və 7.1.8-ci yarımbəndlər əlavə edilsin:
"7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;
4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;
5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;
7.1.8. satınalan təşkilatlar:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;
4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;
5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.".
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
14:19 / 01 Noyabr 2026
79
12:12 / 01 Noyabr 2026
122
12:03 / 01 Noyabr 2026
619
11:35 / 01 Noyabr 2026
124
11:09 / 01 Noyabr 2026
1838
11:03 / 01 Noyabr 2026
312
11:01 / 01 Noyabr 2026
117
11:00 / 01 Noyabr 2026
97
10:07 / 01 Noyabr 2026
387
09:05 / 01 Noyabr 2026
124
23:55 / 31 Oktyabr 2026
5114
23:52 / 31 Oktyabr 2026
498
23:44 / 31 Oktyabr 2026
706
23:22 / 31 Oktyabr 2026
162
22:59 / 31 Oktyabr 2026
356
22:32 / 31 Oktyabr 2026
2734
22:31 / 31 Oktyabr 2026
234
21:19 / 31 Oktyabr 2026
171
21:09 / 31 Oktyabr 2026
171
20:59 / 31 Oktyabr 2026
6369
20:51 / 31 Oktyabr 2026
334
20:46 / 31 Oktyabr 2026
185
20:37 / 31 Oktyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.