İlham Əliyevin Ankara qərarı: Türk birliyinə sadiqlik və milli maraqların toxunulmazlığı
01 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
606
29.03.2022, 13:36
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında qarşılıqlı iddialarla çıxış ediblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, çıxışı zamanı Simonyan Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib.
İclasın yekun hissəsində Qafarova bununla bağlı bildirib: “Azərbaycan tərəfindən atəşkəsin pozması haqqında informasiya tamamilə həqiqəti əks etdirmir. Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışıb, lakin silahlı qüvvələrimizin cavab tədbirləri nəticəsində geri çəkilməyə məcbur olub”.
Onun sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb: “Bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur”.
E.Qafarova həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.
O, Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini vurğulayıb: "10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir hesab olunmur və cinayət məsuliyyətinə cəlb edilməlidir".
A.Simonyan isə bəyanatın Azərbaycan tərəfindən pozulması barədə təkcə Ermənistanın deyil, Rusiyanın da bəyanat yaydığını bildirib: “Bir daha təkrar etmək istəyirəm: Ermənistan Azərbaycana təklif edir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı dərhal danışıqlara başlanılsın”.
Milli Məclis sədri rəsmi Bakının Ermənistan tərəfinə yaxşı tanış 5 bəndi nəzərə almaqla, sülh müqaviləsi imzalamağı dəfələrlə rəsmi İrəvana təklif etdiyini bildirib.
Ermənistan parlamentinin sədri fikrini tamamlayaraq deyib: "Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”.
16:37 / 01 Noyabr 2026
45
16:29 / 01 Noyabr 2026
116
16:23 / 01 Noyabr 2026
62
16:18 / 01 Noyabr 2026
108
16:14 / 01 Noyabr 2026
119
16:10 / 01 Noyabr 2026
68
15:58 / 01 Noyabr 2026
359
14:19 / 01 Noyabr 2026
88
12:12 / 01 Noyabr 2026
132
12:03 / 01 Noyabr 2026
653
11:35 / 01 Noyabr 2026
139
11:09 / 01 Noyabr 2026
2280
11:03 / 01 Noyabr 2026
337
11:01 / 01 Noyabr 2026
128
11:00 / 01 Noyabr 2026
106
10:07 / 01 Noyabr 2026
556
09:05 / 01 Noyabr 2026
135
23:55 / 31 Oktyabr 2026
5305
23:52 / 31 Oktyabr 2026
504
23:44 / 31 Oktyabr 2026
715
23:22 / 31 Oktyabr 2026
166
22:59 / 31 Oktyabr 2026
362
22:32 / 31 Oktyabr 2026
2788
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.