Qaynar xətt:

(+99450) 247 90 86

Avropada etiraz dalğası böyüyür: 4 ölkədə aksiyalar keçirildi

Avropada etiraz dalğası böyüyür: 4 ölkədə aksiyalar keçirildi

SİYASƏT

501

20.11.2021, 22:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Bu gün Avropanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aksiyalar keçirilib.

"OXU24.COM" xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya, Xorvatiya, Litva və Avstriyanın mərkəzi şəhərlərində minlərlə insan küçələrə çıxaraq əsasən məcburi peyvəndləməyə, “COVİD pasport”lara qarşı ölduqlarını nümayiş etdiriblər.

Etirazçılar “Mənim bədənim, sağlamlığım, mənim qərarım”, “Hamı üçün azadlıq, peyvənd etməyə məcburiyyət yoxdur”, “Millət artıq hakimiyyət üçün mövcud deyil, öldü” və s. şüarlar səsləndiriblər.

Nümayişlərin sakit keçdiyi bildirilir, polisin müdaxiləsi olmayıb.