Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2176
07.06.2021, 23:33
ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.
oXU24.COM ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.
Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi "iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, - deyə bildirib.
Görüş əsnasında Türkiyənin Əfqanıstandakı danışıqlarda və diplomatiyada oynayacağı rolunun da gündəmdə olacağını qeyd edən Sallivan görüşdə iki ölkənin fərqli mövzularının da gündəmə gələcəyini deyib.
"Prezident Bayden prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçiriblər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər", - Ceyk Sallivan vurğulayıb.
Qeyd edək ki, öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daha əvvəl NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb. Türkiyə lideri bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi də müzakirə etməyi planlaşdırır.
"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.