Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2095
01.06.2021, 18:24
Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.
Oxu24.com xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı əmr imzalayıb.
Əmrə əsasən RİH başçısının müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu RİH başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şixəmmədov Vüqar Nurməmməd oğlu 9 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə 66 saylı orta məktəbi, 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2011-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Turizm İnstitutunun mühəndis iqtisadiyyatı və idarəetmə, menecment fakültəsini bitirib.
Əmək fəaliyyətinə 15 yanvar 2004-cü ildə "İmproteks Travel” şirkətinin Daxili turizm şöbəsində təlimatçı olaraq başlayıb. 2004-2005-ci illərdə AGİ Nizami rayon Komitəsində təlimatçı, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat və İnformasiya sektorunda məsləhətçi, 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində daxili turizmin inkişafı sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi, 2006-2011-ci illərdə baş məsləhətçi, 2011-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri, 2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2018-ci ildə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.
2014-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar Komitəsinin sədr müavini, 2018-ci ilin sentyabr-dekabr ayları ərzində əməkdaşların səsverməsi nəticəsində komitənin sədri kimi fəaliyyət göstərib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2018-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli sərəncamı ilə "Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu”nun təşkilində səmərəli fəaliyyətə görə "Tərəqqi medalı” ilə təltif olunub.
Ailəlidir, üç övladı var.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.