Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam İMZALADI

Prezident sərəncam İMZALADI

SİYASƏT

1064

20.05.2021, 16:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Sərəncam görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncamla Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.