Qaynar xətt:

(+99450) 247 90 86

Gözlənilməz AÇIQLAMA: “Diplomatik münasibətlər yoxdursa, Rusiya danışıqlarda iştirak etməlidir”

Gözlənilməz AÇIQLAMA: “Diplomatik münasibətlər yoxdursa, Rusiya danışıqlarda iştirak etməlidir”

SİYASƏT

1316

19.05.2021, 21:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Rusiya, Azərbaycan və Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiya prosesini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

Bəs bizim bu təklifə münasibətiniz necə olmalıdır?

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı məqamlara toxunub: “Buna cavab vermədən öncə başqa suala aydınlıq gətirməliyik: Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi, “İskəndər – M” raketləri ilə bağlı müəmma da çözülmədi”.