Azərbaycanda məşhur generalın qızı saxlanıldı
12 Noyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2369
17.05.2021, 11:14
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər.
Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.
Qazaxıstan Prezidenti bu məlumata görə, Prezident İlham Əliyevə təşəkkür edib.
09:22 / 12 Noyabr 2026
1
08:13 / 12 Noyabr 2026
159
07:20 / 12 Noyabr 2026
106
03:10 / 12 Noyabr 2026
143
01:25 / 12 Noyabr 2026
238
00:55 / 12 Noyabr 2026
218
00:43 / 12 Noyabr 2026
148
00:35 / 12 Noyabr 2026
418
00:33 / 12 Noyabr 2026
138
00:27 / 12 Noyabr 2026
153
00:24 / 12 Noyabr 2026
186
00:19 / 12 Noyabr 2026
184
00:17 / 12 Noyabr 2026
316
00:11 / 12 Noyabr 2026
174
23:54 / 11 Noyabr 2026
155
23:52 / 11 Noyabr 2026
151
23:50 / 11 Noyabr 2026
179
23:45 / 11 Noyabr 2026
1838
23:28 / 11 Noyabr 2026
142
23:24 / 11 Noyabr 2026
153
23:18 / 11 Noyabr 2026
171
23:09 / 11 Noyabr 2026
159
23:03 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.