Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib
13 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
4755
03.03.2021, 22:22
“Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz.
Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
“Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır.
Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq.
Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik. Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək", - deyə dövlət başçısı bildirib.
16:51 / 13 Noyabr 2026
21
16:37 / 13 Noyabr 2026
51
16:29 / 13 Noyabr 2026
42
16:08 / 13 Noyabr 2026
154
16:00 / 13 Noyabr 2026
64
15:42 / 13 Noyabr 2026
274
15:37 / 13 Noyabr 2026
83
15:30 / 13 Noyabr 2026
81
15:01 / 13 Noyabr 2026
94
14:59 / 13 Noyabr 2026
209
14:50 / 13 Noyabr 2026
108
14:46 / 13 Noyabr 2026
94
14:33 / 13 Noyabr 2026
102
14:24 / 13 Noyabr 2026
537
14:17 / 13 Noyabr 2026
448
14:12 / 13 Noyabr 2026
102
14:05 / 13 Noyabr 2026
189
14:00 / 13 Noyabr 2026
104
13:43 / 13 Noyabr 2026
223
13:41 / 13 Noyabr 2026
108
13:20 / 13 Noyabr 2026
106
13:05 / 13 Noyabr 2026
254
12:57 / 13 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.