Milli Məclis mühüm qərarlar qəbul edib
12 May 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1102
19.06.2020, 15:59
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Baş prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin ediliblər.
Bununla yanaşı, müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıb.
Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.