Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri arasında təkbətək görüş başlayıb
18 Noyabr 2026, 10:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
745
17.06.2020, 12:04
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu24.com-un məlumatına görə, Fərmanla “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.20-1-ci bənd əlavə edilir:
“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirir, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görür;”.
Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci yarımbənd əlavə edilir:
““Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparmaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;”.
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.