Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda bu telekanalın yayımı dayandırılacaq

2020/05/20/1589989433_6cf92f1c-34af-4c7a-b72c-183f7a432aa3_640.jpg

SİYASƏT

1273

20.05.2020, 19:41

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Oxu24.com-a MTRŞ-dan verilən məlumata görə, iclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. İclasda qeyd edilib ki, 13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.