Ərdoğandan Bakı mesajı: Oktay Saral niyə vəzifəsini itirdi? — ŞƏRH
26 Oktyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1052
02.05.2020, 22:10
“Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.
Oxu24.com xəbər verir ki, bu haqda Unikal.org-a açıqlamasında Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib.
O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var:
“Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.
Xatırladaq ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan sərt mübarizənin bəzi mərkəzi icra orqanlarını da əhatə edəcəyini dünən yeni Baş prokuror Kamran Əliyevi videokonfrans rejimində qəbul edərkən Prezident İlham Əliyev də açıqlayıb.
Prezident bunları bildirib: "Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.