Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2953
az

Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib

18:5215 İyun, 2018
2094
SİYASƏT
  • A
 Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir.

Oxu24.com DİA.AZ-a istinadən xatırladır ki, Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Laçın, Cəbrayıl və daha bir neçə işğal altında olan rayonların rəhbərlərindən fərqli olaraq, Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.

Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun keçmiş sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub.

Elə onun səbəbindən də Ramiz Həsənovun görəvdən alınacağı deyilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə bildirir ki, bu günlərdə Ağdamın icra başçısının vəzifəsindən çıxarılması qaçqın rayonlarında total rəhbər dəyişikliklərinin anonsu kimi qəbul edilməlidir.

Mənbənin dia.az-a söylədikləri: "Bütün qaçqın rayonlarında işinin öhdəsindən gələ bilməyən başçılar yola salınacaq. Bu əsnada ilk olaraq hədəfə gələni isə Zəngilanın icra başçısıdır. Artıq onu müdafiə edəcək qardaşı da səlahiyyətli deyil".

Mənbə bildirir ki, dəyişiklik bayramdan dərhal sonra gerçəkləşə bilər. Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu