Bu içki sizi arıqladacaq
10 Yanvar 2026, 23:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4685
21.12.2025, 23:27
Oxu24.com bu dəfə polis əməkdaşlarının təhsil aldığı və polis kimi yetişdiyi Polis Akademiyası ilə bağlı araşdırma aparıb.
Polis Akademiyası Azərbaycanda hüquq-mühafizə kadrlarının hazırlanması sahəsində ən qədim təhsil müəssisələrindən biridir. İlk dəfə 1921-ci ildə Azərbaycan Xalq Daxili İşlər Komissarlığının qərarı ilə sıravi milis və komandir kadrlarının hazırlanması üçün təşkil olunub. 1936-cı ilə qədər Bakı şəhərində fəaliyyət göstərmiş, sonra isə Mərdəkan qəsəbəsinə köçürülüb. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilmişdir. 1992-ci ildə isə Bakı Xüsusi Orta Milis Məktəbi əsasında Polis Akademiyası yaradılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası Bakı şəhəri, Şüvəlan qəsəbəsində, Almaz İldırım küçəsi 3 ünvanında yerləşir. Akademiyanın rəsmi əlaqə məlumatları və ünvanı təsdiqlənib.

Akademiyanın rəhbəri — polis general-mayoru Canpolad Alı oğlu Daanovdur. O, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib, daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 1981-ci ildə Balakən rayonunda anadan olub. DİO-da xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.
Canpolad Daanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. 2022-ci il iyulun 1-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polis polkovniki Canpolad Alı oğlu Daanova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Mansurov Vüqar Şəmistan oğludur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovniki İmanov Əfqan İsmayıl oğludur.
Polis Akademiyası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olaraq hüquqşünaslıq və informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşmış polis kadrları yetişdirir.
İndi isə Polis Akademiyasına qəbul şərtləri ilə tanış olaq.
Abituriyentlər qəbul üçün bu şərtlərə cavab verməlidirlər:
1)Azərbaycan Respublikasının vətəndaşı olmaq
2)Tam orta (11 illik) təhsil diplomuna malik olmaq
3)Fiziki hazırlıq və sağlamlıq tələblərinə cavab vermək
4)Daxili İşlər Nazirliyinin keçirilən test imtahanlarında uğur qazanmaq
5)Yaş həddi adətən 16-18 və ya 17-25 yaş arası (il üzrə dəyişə bilər)
6) Müsabiqədən kənarlaşdırma: Cinayət törətmiş şəxslər, ikili vətəndaşlığı olanlar, həqiqi hərbi xidmətə çağırılanlar və bəzi digər kateqoriyalar müsabiqəyə buraxılmaya bilər.
Qeyd edək ki, qəbul prosesi tək nəzəri imtahanla bitmir, fiziki hazırlıq testləri də məcburidir. Məsələn:
-100 metr qaçış – müəyyən hızla tamamlamaq
-1000 metr qaçış — vaxt şərtlərinə uyğun
-Turnikdə dartınma və digər fiziki sınaqların yerinə yetirilməsi.
Bu testləri uğurla yerinə yetirə bilməyən namizədlər müsabiqədən kənarlaşdırılır.
Qəbul üçün sənədlər arasında şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd, tibbi arayış və fotoşəkillər daxil edilir. Müraciət elektron qaydada aparılır.
Həmçinin oxuyun
Polis Akademiyasına müsabiqələr əsasən bu ixtisaslar üzrə keçirilir:
-Hüquqşünaslıq (III qrup)
-İnformasiya təhlükəsizliyi (I qrup)
Bu ixtisaslara qəbul üçün müsabiqə elan edilir və hər ixtisas üzrə ayrılan yerlər dövlət sifarişi ilə müəyyənləşdirilir.
2024/2025-ci tədris ilində polis akademiyasına təxminən 2250 abituriyent müraciət edib və onlardan ümumilikdə 550-dən çox kursant qəbul edilib. Bu göstərici tələbə seçimində rəqabətin yüksək olduğunu göstərir.
Ən yüksək ballar hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisaslarında 675-ə yaxın nəticələr göstərib.
Minimum keçid balları 460-dan yuxarı səviyyədə olub.
Bəs Kursantlat harada qalır?
Təhsil müddətində kursantlar Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Bu yataqxana dövlət hesabına kursantlara təmin edilir, yəni pulsuz yerləşmə, yemək, xüsusi geyim forması və hətta təqaüd də daxildir. Yəni kursantlar xərc ödəmədən bu şəraitdən istifadə edirlər.
Kursantların təhsili belə təşkil olunur:
İlkin hazırlıq kursu: Kursantlar adətən 14 avqust – 14 sentyabr kimi Akademiyanın ilkin hazırlıq hazırlıq proqramına cəlb edilir.
Rəsmi dərslərin başlanması: Dərslər 15 sentyabr tarixində start götürür.
Kursantlar adətən bazar günü və şənbə günü dərs və təlimlərə çıxmırlar. Lakin bəzi fiziki hazırlıq məşqləri, praktiki tapşırıqlar və ya xüsusi tədbirlər şənbə və bazar günlərinə də keçirilə bilər. Həftə içi günlər, bazar ertəsi‑cümə — əsas tədris, dərs, seminar və fiziki hazırlıq proqramları ilə doludur.
Polis Akademiyasında təhsil müddəti ümumiyyətlə 4 ildir.
Bu müddət boyunca kursantlar həm nəzəri, həm də praktiki hazırlıq proqramlarında iştirak edirlər.
Təhsil başa çatdıqda kursantlar yalnız müəllimləri ilə imtahan vermir, həm də daxili işlər orqanlarında xidmətə hazırlıq proqramını tamamlayaraq “polis leytenantı” xüsusi rütbəsi alırlar. Bu onların rəsmi polis zabiti kimi fəaliyyətə başlamalarına imkan verir.
Onu da qeyd edək ki, Akademiyaya 2026/2027-ci il üçün sənəd qəbulu başlayıb. Son tarix 22 fevraldır.
Çimnaz Telmanqızı
00:59 / 11 Yanvar 2026
30
00:11 / 11 Yanvar 2026
41
00:09 / 11 Yanvar 2026
42
23:47 / 10 Yanvar 2026
45
23:36 / 10 Yanvar 2026
50
23:25 / 10 Yanvar 2026
42
23:20 / 10 Yanvar 2026
56
23:05 / 10 Yanvar 2026
78
22:41 / 10 Yanvar 2026
299
22:40 / 10 Yanvar 2026
102
22:30 / 10 Yanvar 2026
67
22:20 / 10 Yanvar 2026
136
22:14 / 10 Yanvar 2026
59
21:55 / 10 Yanvar 2026
151
21:42 / 10 Yanvar 2026
72
21:30 / 10 Yanvar 2026
237
21:12 / 10 Yanvar 2026
90
21:08 / 10 Yanvar 2026
54
21:05 / 10 Yanvar 2026
66
21:01 / 10 Yanvar 2026
358
20:58 / 10 Yanvar 2026
71
20:47 / 10 Yanvar 2026
100
20:43 / 10 Yanvar 2026
85
20:32 / 10 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.