5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1134
21.12.2025, 22:10
Kasıbçılıqdan nəşi yandırılan, atasına həsrət qalan əməkdar artist…
Söhbət Koroğlunun Nigarı, “Görüş” filminin pambıqçı Firəngizi olan Sona Aslanovadan gedir.
Oxu24.com xəbər verir ki, Sona Şahnəzər qızı Aslanova 1924-cü il oktyabrın 4-də Bakı şəhərində ziyalı ailəsinda anadan olub. Atası Şahnəzər kişi dövrün sayılıb-seçilən imkanlı insanlarından biri olub. Tanıdığı hər kəsə xeyir-şərdə əl tutan Şahnəzər kişi 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunub. Uzun müddət ailəsini görə bilməyib.
1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Sona xanım opera və balet teatrında çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətində dərs deməyə başlayıb.
Sona xanım 200-dən mahnı ifa edib. “Görüş”, “Anlamaq istəyirəm”, “Bizim Cəbiş müəllim”, “Bizim küçə”, “O qızı tapın”, “Ömrün səhifələri”, “Telefonçu qız” filmlərinə çəkilib.
Opera səhnəsində “Arşın mal alan”da Gülçöhrə, “Əsli Kərəm”də Əsli, “Koroğlu”da Nigar obrazını yaradıb.
1956-cı il noyabrın 6-da əməkdar artist adına layiq görülüb. 1959-cu ildə isə “Şərəf nişanı” ordeni ilə təltif olunub. Müğənninin qızıl fondda 50-dək səs yazısı var.
Aktrisaya ən böyük uğuru qazandıran 1955-ci ildə ekranlaşdırılan “Görüş” filmindəki pambıqçı Firəngiz obrazı olub.
Sona Aslanova İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, vaxtilə İlahiyyat İnstitutunun direktoru olmuş Kamal adlı şəxslə tanış olur. Sona xanımın sənətinin pərəstişkarı olan Kamal maşınında daim sevdiyi qadının mahnılarına qulaq asırmış. Bir müddət sonra onlar ailə qururlar. Bu evlilikdə Cahangir və Rüfət adlı oğulları dünyaya gəlir.
1992-ci ildə Sona xanımın oğullarından biri ABŞ-yə köçür. Oğullarına hədsiz bağlı olan müğənni oğlunun ardıyca ailə üzvləri ilə birlikdə Amerikanın Los-Angeles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqəsi kəsilir. Ömrünün ahıl yaşlarında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanların yaşadığı, dövlət tərəfindən maliyyələşdirilən binaya köçür və orada yaşayır. Ömrünün sonlarına yaxın müğənni iflic keçirir və yataq xəstəsinə çevrilir.
9 mart 2011-ci ildə 87 yaşında dünyasını dəyişir. Ailəsinin onu Bakıya aparıb, orada dəfn etmək imkanı yox idi. Amerikada isə dəfn yeri almaq üçün 15-20 min dolları lazım idi.
Sona Aslanova ömrünün sonlarına yaxın ailə üzvlərinə vəsiyyət edir ki, onu yandırıb, külünü Sakit okeana səpsinlər. Lakin ailə üzvləri Azərbaycanda hara müraciət etsələr də, dəfn haqqında müsbət cavab ala bilmirlər. Belə olduğu halda ailə üzvləri Sona xanımın vəsiyyətinə əməl edərək onun meyidini yandırıb külünü isə Sakit okeana səpirlər.
Deyilənə görə Sona xanım bu vəsiyyəti ürəkdən etməmişdi…
Çimnaz Telmanqızı
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.