Qar yağacağı gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ
15 Noyabr 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
843
21.12.2025, 14:30
Oxu24.com tarixi şəxslər haqqında araşdırma yazıları təqdim etməkdə davam edir.
Hacıbaba Məmməd oğlu Zeynalov 1906-cı ildə Gəncədə doğulub.
O,hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur.
Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir. Az sonra alayın rabitə rəisi vəzifəsinə təyin edilir.
1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.Frunze adına Hərbi Akademiyanı bitirir və elə həmin il "Qış müharibəsi"ndə iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilir.
22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı.
Qərbi Dvina ətrafındakı döyüşlərdə böyük igidlik göstərən Zeynalov döyüş zamanı yaralanır, lakin müharibənin sonunadək müxtəlif qərargah vəzifələrində, o cümlədən, Zaqafqaziya cəbhəsində 47-ci ordunun qərargahında əməliyyat şöbəsinin rəisi, 396-cı atıcı diviziyanın qərargah rəisi, 402-ci atıcı diviziyanın komandiri vəzifəsində çalışır. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdur.
Hacıbaba Zeynalov 1948-ci ildə K.Voroşilov adına Ali Hərbi Akademiyanı əla qiymətlərlə bitirir, 1956-cı ildə general-mayor rütbəsinə yüksəlir. 1957-ci ildə o, Bakı Ali ümumqoşun komandanlıq məktəbinin rəisi vəzifəsinə təyin edilir və 1960-cı ilədək burada çalışır. Məktəbin o vaxtadək olan 20 illik tarixində Hacıbaba Zeynalov ilk azərbaycanlı rəis idi.
Hacıbaba Zeynalov 1969-cu ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub...
ALLAH RƏHMƏT ELƏSİN!
Hazırladı: Namiq Həsənov
12:36 / 15 Noyabr 2026
1
12:28 / 15 Noyabr 2026
43
12:11 / 15 Noyabr 2026
61
11:52 / 15 Noyabr 2026
119
11:43 / 15 Noyabr 2026
64
11:29 / 15 Noyabr 2026
81
11:20 / 15 Noyabr 2026
79
11:20 / 15 Noyabr 2026
85
11:10 / 15 Noyabr 2026
80
11:07 / 15 Noyabr 2026
499
10:50 / 15 Noyabr 2026
91
10:25 / 15 Noyabr 2026
246
10:21 / 15 Noyabr 2026
100
10:18 / 15 Noyabr 2026
97
10:12 / 15 Noyabr 2026
126
09:35 / 15 Noyabr 2026
477
07:35 / 15 Noyabr 2026
179
05:50 / 15 Noyabr 2026
150
01:35 / 15 Noyabr 2026
161
01:10 / 15 Noyabr 2026
182
23:59 / 14 Noyabr 2026
374
23:51 / 14 Noyabr 2026
199
23:47 / 14 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.