Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1124
21.12.2025, 13:10
Son illər marketlərdə və kiçik satış nöqtələrində “ev istehsalı”, “təbii”, “qatqısız” adı altında satılan qida məhsullarının sayı artıb. Alıcılar bu məhsulları daha sağlam hesab etsə də, mütəxəssislər onların təhlükəsizliyi ilə bağlı ciddi risklərin mövcud olduğunu bildirir.
Oxu24.com məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə həmsöhbət olub.
Onun sözlərinə görə bu gün çalışan insanlar, xüsusilə də vaxtın azlığından şikayət edən insanlar daha asan və tez vaxtda qida hazırlamaq üçün yarımfabrikat qidalardan istifadə edirlər:
“Nəzərə almaq lazımdır ki, yarımfabrikat qidaların saxlanılmasında, daşınmasında, eləcə də ilk olaraq hazırlanmasında sanitar-gigiyena normalarına və qaydalarına əməl olunması ən vacib şərtlərdən biridir. Çünki, bir çox hallarda həmin məhsullar həm un olaraq xəmirdən, həm də yüksək risk qrupuna aid olan zülal mənşəli ətlərdən hazırlanır ki, saxlama rejimi, temperatur rejimi dəyişərsə, onun tərkibindəki bakteriyalar, mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da həmin qidanı qəbul etdikdə insanlarda həzm sisteminin pozulmasına, immun sisteminin aşağı düşməsinə və zəhərləməyə gətirib çıxara bilər. Ona görə də paketlənmiş yarımfabrikat qidaları alarkən üzərində istehsalçı şirkətə aid və ya hazırlayan müəssisəyə aid bütün məlumatlar, ünvan, əlaqə nömrəsi tam şəkildə göstərilməlidir. İstehsal tarixi ilə son istifadə müddəti göstərilməlidir. Saxlama şəraiti, tərkibi, temperatur rejimi ilə bağlı bütün məlumatlar qeyd olunmalıdır.
Hər bir məhsulun özünə uyğun qablaşması olmalıdır ki, bu kimi məhsulları soyuduca saxlayarkən, “mal qonşuluğu” prinsipinə əməl olunmadıqda çarpaz çirklənməyə məruz qalmaqla yanaşı, tərkibinin dəyişməsi də həmin məhsulun keyfiyyətinə və qidalılıq dəyərinə təsir edir. Eyni zamanda dondurulmuş məhsulları alarkən bəzən o məhsullar elə qablaşdırılmalıdır ki, donu açıldıqdan sonra yalnız bir dəfə istifadə olunsun və davamlı olaraq temperatur rejimi dəyişsə, donu açılıb, yenidən dondurulsa, bu zamanda tərkibiylə yanaşı keyfiyyəti də aşağı düşür. Ona görə də alış-veriş etdikdə ən son dondurulmuş məhsulları almaq lazımdır. Əgər bişiriləcəksə, bir müddət soyuducunun soyuq yerində saxlayaraq bişirmək lazımdır. Və əgər həmin anda bişirilməyəcəksə, dərhal buzluqda mühafizə olunmalıdır.
Tərkibində ət məhsulları olanlar var ki, onların daha qısa məsafədə daşınmasını nəzərdə tutmaq lazımdır. Çünki, uzun məsafəyə gedəcəksə və uzun müddət açıq otaq temperaturunda və ya soyuducudan kənarda qalacaqsa, bu məhsullar artıq riskli məhsullar sırasına daxil olur ki, bunlara da diqqət etmək lazımdır!”,-deyə Məhsəti Hüseynova bildirib.
Çimnaz Telmanqızı
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.