Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
802
21.12.2025, 11:34
Vitaminlər orqanizmin normal fəaliyyəti üçün vacibdir, lakin onların nəzarətsiz və həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə son illər insanlar həkim məsləhəti olmadan, immuniteti gücləndirmək və ya tez sağalmaq məqsədilə müxtəlif vitamin preparatlarına müraciət edirlər. Mütəxəssislər isə bunun təhlükəli olduğunu bildirirlər.
Yağda həll olan A, D, E və K vitaminləri orqanizmdə toplanır və artıq dozalarda qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər.
Məsələn, A vitamininin normadan artıq qəbulu qaraciyər zədələnməsi, baş ağrıları və görmə problemləri yarada bilər. D vitamininin həddindən artıq dozası isə qanda kalsiumun artmasına, böyrək və ürək-damar problemlərinə səbəb ola bilər.
Mövzu ilə bağlı Oxu24.com-a danışan qida mütəxəssisi Fərid Səfərov bildirir ki, vitaminlərin nəzarətsiz və yüksək dozada qəbulu ciddi risklər yarada, hətta həyati təhlükəyə səbəb ola bilər:
“Vitamin faydalıdır, nə qədər çox olsa o qədər yaxşıdır” yanaşması düzgün deyil. Ən riskli qrup yağda həll olan vitaminlərdir, çünki bədəndə yığılıb qalırlar. Məsələn, A vitamini – qaraciyər zədələnməsi, baş ağrısı, görmə problemləri, D vitamini – qanda kalsiumun artması, böyrək daşı, ürək ritm pozğunluğu, E vitamini – qanaxma riskinin artması, K vitamini – qan durulaşdırıcı dərmanlarla təhlükəli qarşılıqlı təsir, suda həll olan vitaminlər (B qrupu, C) adətən sidiklə xaric olunur, amma B6 və C vitamini yüksək dozada sinir və böyrək problemlərinə səbəb ola bilər”,-deyə F.Səfərov bildirib.
-Bəs insanlar qida rejimində nəyin əskik olduğunu düşünərək niyə vitaminlərə üstünlük verirlər?
“Tez-tez yorğunluq, saç tökülməsi, immun zəifliyi yaşandıqda səbəb araşdırılmadan vitaminə yönəlirlər. Həmçinin sosial şəbəkələrdə və reklamlarda “möcüzə vitamin” mesajları təsir edir. Qida rasionu analiz edilmədən, qan analizi aparılmadan əlavələr qəbul edilir.Əslində isə problem vitamin yox, zülal, enerji, dəmir, lif və ya yuxu çatışmazlığı da ola bilər”,-deyə o bildirib.
-Bitki əsaslı pəhrizdə vitamin çatışmazlığı və risklər necə balanslaşdırılır?
“Qeyd edim ki, B12 vitamini mütləq əlavə şəklində alınmalıdır. D vitamini günəş az olduqda və qış aylarında risk artır. Dəmir, sink, omega-3 düzgün bitki mənbələri və ya ehtiyac varsa əlavələrlə balanslaşdırılmalıdır”,-deyə Səfərov bildirib.
-Qida və vitamin əlavələrinin düzgün kombinasiyası necə olmalıdır?
“Tövsiyə edərdim ki, əvvəl qida, sonra yalnız ehtiyac varsa əlavə qəbul etmək olar. Eyni anda bir neçə vitamin qəbul edərkən dozalar toplanır, bu nəzərə alınmalıdır. Bəzi vitaminlər birlikdə daha yaxşı sorulur (məsələn, D vitamini + yağlı qida). Digərləri isə bir-birinə mane ola bilər (məsələn, dəmir + kalsium).
Vitaminlər dərman kimidir – dozası fayda, artığı təhlükədir. Ən təhlükəsiz yol balanslı qidalanma, düzgün diaqnoz və məqsədli əlavə istifadəsidir.Sağlam qidalanaraq sağlam yaşayın!",- deyə o bildirib.
Çimnaz Telmanqızı
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.