5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2440
21.12.2025, 11:00
Ədliyyə əsgərləri: Penitensiar təhlükəsizliyin əsas dayağı
Ədliyyə əsgərləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında xidmət edən müddətli həqiqi hərbi xidmət əsgərləridir.
Oxu24.com xəbər verir ki,onlar cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının və xüsusi rejimli obyektlərin təhlükəsizliyini təmin edən əsas qüvvə hesab olunur.
Ədliyyə əsgərləri xidmətə başlamazdan əvvəl və xidmət müddətində mütəmadi olaraq:
hərbi-taktiki hazırlıq, atıcılıq və xüsusi əməliyyat bacarıqları, penitensiar qanunvericilik və insan hüquqları, psixoloji dayanıqlıq və stresin idarə olunması, müasir təhlükəsizlik və nəzarət sistemlərindən istifadə üzrə təlimlərdən keçirlər.
Bu biliklər onların həm fiziki, həm də hüquqi baxımdan peşəkar fəaliyyət göstərməsinə imkan yaradır.
Mühafizə Alayının tərkibində fəaliyyət göstərən Xüsusi Təyinatlı Bölük ən riskli vəziyyətlər üçün nəzərdə tutulub. Bu bölükdə də müddətli həqiqi hərbi xidmət əsgərləri xidmət edir.
Son illər penitensiar sahədə aparılan islahatlar çərçivəsində:
ədliyyə əsgərlərinin peşəkarlığının artırılması, maddi-texniki təminatın gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşma prioritet istiqamətlər kimi müəyyən edilib.
Ədliyyə əsgərləri cəzaçəkmə müəssisələrində:
sabitliyin qorunmasında, təhlükəsizliyin təminində, insan hüquqlarının qorunması ilə təhlükəsizlik balansının saxlanılmasında xüsusi rol oynayır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının strukturunda hazırda 20 bölük fəaliyyət göstərir. Bu bölüklər cəzaçəkmə müəssisələrinin mühafizəsi, xüsusi obyektlərin qorunması, operativ təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və təminat işlərinin icrası üzrə ixtisaslaşıb.
Mühafizə Alayının tərkibində aşağıdakı bölüklər mövcuddur:
1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci və 18-ci bölüklər, həmçinin Unbaku bölüyü, Lənkəran bölüyü, Xüsusi Təyinatlı Bölük, İntendant bölüyü və Konvoy taboru.
Regional prinsiplə təşkil olunmuş Salyan və Lənkəran bölükləri aidiyyəti ərazilərdə yerləşən cəzaçəkmə müəssisələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Xüsusi Təyinatlı Bölük isə yüksək riskli vəziyyətlərdə, fövqəladə hallarda və xüsusi əməliyyatların icrasında cəlb olunur. Penitensiar Xidmətin Mühafizə Alayının xüsusi təyinatlı bölüyü əsasən məhz ixtişaşlar zamanı aktiv rol oynayır. Həbsxanalarda məhkumlar arasında qayda pozuntuları və kütləvi etirazlar baş verdikdə, xüsusi təyinatlı bölük sakitlik və nizamın bərpası üçün çağırılır.
Bu bölük fiziki hazırlığı və taktiki bacarıqları yüksək olan əsgərlərdən ibarətdir. Məhkumlar arasında silahlı və ya silahsız zorakılıq halları baş verərsə, bölük təhlükəsiz və minimal itki ilə müdaxilə etmək üçün hazırlanır. Bölük ixtişaşın miqyasına görə digər mühafizə bölmələri və hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə əməliyyat aparır.
XTB-yə polkovnik-leytenant Vüsal Cavadov başçılıq edir.
İntendant bölüyü isə Alayın daxili məsələlərini həyata keçirərək şəxsi heyətin fasiləsiz və effektiv fəaliyyətini təmin edir.
Ədliyyə Nazirliyinin Konvoy Taborunun əsgərləri həbs olunan şəxslərin təhlükəsiz daşınmasını təmin edir. Xüsusi təlimlərdən keçmiş əsgərlər tabor çərçivəsində yüksək hazırlıq səviyyəsi ilə xidmət göstərir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında sürücü vəzifəsində əsgərlər xidmət edir.
Mühafizə Alayında xidmət edən sürücü əsgərlər yüksək rütbəli əməkdaşların təhlükəsiz və səmərəli nəqliyyat təminatını həyata keçirir.
Qeyd edək ki, Mühafizə Alayında fəaliyyət göstərən bütün bölüklər arasında koordinasiya penitensiar müəssisələrdə təhlükəsizliyin qorunmasına, rejim qaydalarına əməl olunmasına və operativ reaksiyanın təmin edilməsinə xidmət edir.
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri vəzifəsini polkovnik-leytenant Bəxtiyar Məmmədov icra edir. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə general-mayor Mirsaleh Seyidov başçılıq edir.
Miri Məcidli
01:03 / 05 Oktyabr 2026
666
01:01 / 05 Oktyabr 2026
79
00:56 / 05 Oktyabr 2026
83
00:51 / 05 Oktyabr 2026
85
00:50 / 05 Oktyabr 2026
7003
00:42 / 05 Oktyabr 2026
417
00:38 / 05 Oktyabr 2026
146
00:36 / 05 Oktyabr 2026
80
00:35 / 05 Oktyabr 2026
98
00:32 / 05 Oktyabr 2026
68
23:16 / 04 Oktyabr 2026
75
22:50 / 04 Oktyabr 2026
76
22:15 / 04 Oktyabr 2026
93
22:02 / 04 Oktyabr 2026
90
21:54 / 04 Oktyabr 2026
365
21:07 / 04 Oktyabr 2026
312
20:53 / 04 Oktyabr 2026
114
20:43 / 04 Oktyabr 2026
94
20:21 / 04 Oktyabr 2026
90
20:06 / 04 Oktyabr 2026
200
19:55 / 04 Oktyabr 2026
100
19:44 / 04 Oktyabr 2026
348
19:23 / 04 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.