İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3489
31.03.2020, 11:25
“Kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır”.
Oxu24.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib: “ Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək.
Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək”. /modern.az
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.