Vyetnam Azərbaycan üçün yeni strateji tərəfdaşa çevrilir – Hikmət Babaoğlu AÇIQLADI
20 Noyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1126
15.02.2020, 12:53
"Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır".
Oxu24.com xəbər verir ki, Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz:
“Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.
Digər dairələrdə də ləğv olunmaların baş verə biləcəyini deyən Məhərrəm Zülfüqarlı bildirib ki, nəticəsi ləğv olunan 4 dairədən başqa, daha 18 dairədən şikayətlər araşdırılır:
“Seçki şikayətləri 3 gün müddətində verilməlidir. Biz hətta seçki öncəsi də bunu bildirmişdik. Tövsiyyə etmişdik ki, bu 3 gün dəyişdirilsin. Amma qanun hələ qüvvədədir və heç bir dəyişiklik yoxdur. Ona görə də, bu 3 gün ərzində, yəni fevralın 9-dan 3 gün ərzində kimlər şikayət edibsə, onlara baxılacaq. Ondan sonra verilən şikayətlərə baxılmayacaq”.
21:52 / 20 Noyabr 2026
16
21:48 / 20 Noyabr 2026
35
21:21 / 20 Noyabr 2026
62
20:50 / 20 Noyabr 2026
110
20:40 / 20 Noyabr 2026
131
20:33 / 20 Noyabr 2026
100
20:25 / 20 Noyabr 2026
187
20:25 / 20 Noyabr 2026
105
20:20 / 20 Noyabr 2026
109
20:18 / 20 Noyabr 2026
100
20:06 / 20 Noyabr 2026
102
20:02 / 20 Noyabr 2026
653
20:01 / 20 Noyabr 2026
97
19:50 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
103
19:46 / 20 Noyabr 2026
107
19:37 / 20 Noyabr 2026
135
19:37 / 20 Noyabr 2026
1139
19:29 / 20 Noyabr 2026
103
19:23 / 20 Noyabr 2026
116
19:23 / 20 Noyabr 2026
106
19:16 / 20 Noyabr 2026
109
19:06 / 20 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.