Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
20 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1714
06.02.2020, 16:34
“Azərbaycanın hüquq-mühafizə orqanlarına, Mərkəz Seçki Komissiyasına müraciət hazırlayıram”.
Oxu24.com xəbər verir ki, Bunu Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Bu gün deputatlığa namizəd Kamil Musəvi ilə aralarında baş verən qarşıdurma haqda danışan F. Ağamalı deyib ki, ona qarşı təxribat və cinayət hadisəsi törədilib.
“Bu gün saat 11-də 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərimlə görüş keçirərkən, görüşün sonuna yaxın deputatlığa namizəd Kamil Musəvinin ayrı-ayrı rayonlardan gətirdiyi və eyni zamanda, sərxoş və nəşəli halda olan 25-30 nəfərlik bir qrup mənə hücum çəkdilər, məni təxribata cəlb etməyə çalışdırlar.
Eyni zamanda, Kamil Musəvi səsini qaldıraraq, nalayiq sözlərlə fikirlərini ifadə edərək, müxtəlif bəhanələrlə öz tərəfdarlarını mənim üzərimə qızışdırdı. Təbii ki, mənim yanımda olan seçicilərim ona imkan vermədilər. Çox çətinliklə son dərəcə aqressiv kütlənin içindən çıxmağa çalışdım. Məni maşına oturtdular. Maşında oturan zaman da onlar hücum etdilər. Maşına da kifayət qədər xəsarət yetiriblər.
Eyni zamanda, mənim tərəfdarlarımın üzərinə hücuma keçdilər. Bir nəfər qadın Salyan rayon xəstəxanasındadır. Ağır vəziyyətdə ora düşüb. Tərəfdarlarımdan ağır xəsarət alanlar da var. Beləliklə, onlar təşkil olunmuş şəkildə mənə təxribat törətməyə çalışdırlar. Təbii ki, mən bu təxribata getmədim. Lakin onlar sözün həqiqi mənasında ciddi cinayətə yol veriblər.
Mənim hüquqlarım tapdanıb. Hazırda millət vəkili kimi və deputatlığa namizəd kimi toxunulmazlığım var. Onlar buna məhəl qoymadan mənə hücum etdilər. Mənim əgər orada tərəfdarlarım olmasaydı, mənə xəsarət yetirəcəkdilər. Xəsarət yetirilənlər isə mənim tərəfdarlarım oldu. Onlara təpiklər, yumruqlar, daşlar vuruldu. Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi. Azərbaycan hüquqi dövlətdir, burada hüququn aliliyi əsas götürüləcək. Hər hansı demokratik ad altında qanunları poza-poza gələn, digər namizədin üzərinə hücum edən Kamil Musəvi haqqında Azərbaycan qanunları çərçivəsində ciddi tədbir görüləcək.
Hər-halda mən bunu bütün hüquq-mühafizə orqanlarından, bütün prosesə nəzarət edən Məzahir Pənahovdan gözləyirəm”.
F. Ağamalı deyib ki, bu hadisədə Azərbaycan cinayət məcəlləsinin 126, 126.1, 126.2, 126.2.4, 185, 186, 186.1 maddələri ilə ona qarşı cinayət aktı törədilib.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.