Prezident çıxışında nə deyib? — Azərbaycanla bağlı mühüm MƏQAMLAR
22 Aprel 2026, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3198
05.02.2020, 15:42
Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da yayılan səs yazısının sahibi məlum olub.
Oxu24.com xəbər verir ki, Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, bu şəxs Almaniyada mühacir həyatı yaşayan Qabil Məmmədovdur. Almaniyada yaşayan blogger Həbib Müntəzir də səs yazısının Qabil Məmmədova məxsus olduğunu bildirib. “Nərminin ölümü ilə bağlı yayılan "ŞOK" səs yazısı mühacirətdə olan, dezinformator Qabil Məmmədova məxsusdur. Adam iqtidara müxaliflik adı ilə nə qədər yalanlar, böhtanlar danışır, hamıya məlumdur. İqtidarı nadürüstlükdə ittiham edib, özümüz də nadürüst olduqsa, heç nə. Ona görə o səs yazısına etibar etmək olmaz”, - deyə blogger bildirib.

Səs yazısında Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edilib.
İddia edilir ki, Nərmin Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
Bildirilir ki, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
Həmçinin oxuyun
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.
Qeyd edək ki, Nərminin qətli ilə bağlı bir sıra səhifələrdə ziddiyətli məlumatlar yayılır. Burada məqsəd müəyyən qüvvələrin gərginlik yaradıb, hüquq-mühafizə orqanlarının işinə kölgə salmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır.
01:42 / 23 Aprel 2026
128
00:10 / 23 Aprel 2026
187
23:46 / 22 Aprel 2026
281
23:35 / 22 Aprel 2026
187
23:24 / 22 Aprel 2026
227
23:18 / 22 Aprel 2026
2337
23:16 / 22 Aprel 2026
675
23:04 / 22 Aprel 2026
354
22:50 / 22 Aprel 2026
107
22:40 / 22 Aprel 2026
72
22:30 / 22 Aprel 2026
98
22:29 / 22 Aprel 2026
64
22:28 / 22 Aprel 2026
76
22:14 / 22 Aprel 2026
216
22:08 / 22 Aprel 2026
66
22:06 / 22 Aprel 2026
73
22:04 / 22 Aprel 2026
268
22:00 / 22 Aprel 2026
70
21:57 / 22 Aprel 2026
599
21:51 / 22 Aprel 2026
126
21:48 / 22 Aprel 2026
1853
21:45 / 22 Aprel 2026
121
21:44 / 22 Aprel 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.