Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
20 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
853
31.01.2020, 15:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com- a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov yanvarın 31-də Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Qobustan rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 7 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.