“Rusiyanın TRIPP -də olmaması Qafqaza sərfəli və yaxud təhlükəli, nə vəd edir?”- Politoloq detalları açıır
29 Yanvar 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1209
23.01.2020, 17:37
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq millət vəkili Hacı Salayevin namizədliyini geri götürdüyü bildirilir.
Sfera.az-a daxil olan məlumata görə, Hacı Salayev bununla bağlı qərarı ötən gün qəbul edib.
Maraqlıdır ki, Hacı Salayev bundan əvvəl də namizədliyini irəli sürdüyü dairədən deputat olub. Həmin dairədə hazırkı namizədlərin siyahısına baxarkən ciddi bir rəqib görünmür.
Hakim Yeni Azərbaycan Partiyasının dairədəki namizədi də tanınmış şəxs deyil. Hətta Sumqayıt uşaq xəstəxanasının baş həkimi olan Müşfiq Məmmədlinin şeirlə hazırladığı video-klipi sosial mediada müzakirə və tənqid olunmuşdu.
Digər az-çox tanınmış namizəd, Sumqayıt bələdiyyəsinin sədr müavini olan, şahmatçı Zeynəb Məmmədyarova da ciddi rəqib kimi görünmür. Şahmat karyerasını çoxdan başa vurmuş bu xanım daha çox keçmiş həyat yoldaşı Gülağa Tənha ilə qalmaqalı ilə yadda qalıb. Onun Gülaga Tənha ilə problemləri sosial mediada çox müzakirə olundu, hətta keçmiş həyat yoldaşını zəhərləməsi ittihamı ilə də qarşılaşdı.
Dairədəki digər namizdələr isə ictimaiyyətə az tanış olan və ya tanınmayan şəxslərdir.
Həmçinin oxuyun
Maraqlıdır ki, bir neçə gün əvvəl Bakupost saytının keçirdiyi sorğuda da 44 saylı dairənin favoriti Hacı Salayev olmuşdu. Bu isə o deməkdir ki, son günə qədər Hacı Salayev deputatlığa namizəd kimi ərazidə olub və iş aparıb.
Belə olanda sual yaranır: Hacı Salayev namizədliyini niyə geri götürüb? Sabiq deputata başqa vəzifə təklif olunur? Yoxsa hansısa başqa səbəblər var?
Əməkdaşımızın cəhdlərinə baxmayaraq, məsələni özü ilə dəqiqləşdirmək üçün Hacı Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
16:33 / 29 Yanvar 2026
1
16:27 / 29 Yanvar 2026
12
16:01 / 29 Yanvar 2026
72
15:54 / 29 Yanvar 2026
31
15:42 / 29 Yanvar 2026
73
15:25 / 29 Yanvar 2026
730
15:19 / 29 Yanvar 2026
71
15:15 / 29 Yanvar 2026
1116
15:05 / 29 Yanvar 2026
64
15:03 / 29 Yanvar 2026
45
14:59 / 29 Yanvar 2026
48
14:33 / 29 Yanvar 2026
51
14:31 / 29 Yanvar 2026
196
14:16 / 29 Yanvar 2026
1489
14:05 / 29 Yanvar 2026
87
13:18 / 29 Yanvar 2026
80
13:14 / 29 Yanvar 2026
199
13:11 / 29 Yanvar 2026
159
13:07 / 29 Yanvar 2026
68
13:03 / 29 Yanvar 2026
908
12:47 / 29 Yanvar 2026
65
12:33 / 29 Yanvar 2026
1868
12:15 / 29 Yanvar 2026
472
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.