"Timoşenko ilə bağlı iddia Ukraynada geniş müzakirələrə yol açdı"
02 Fevral 2026, 13:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
878
23.01.2020, 14:20
Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun “WikiLeaks” yazışmaları üzə çıxıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənov hələ Prezident Administrasiyasının ictimi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışdığı zaman bəzən dövlətin siyasi dəsti-xəttinə zidd olan addımlar atıb.
ABŞ Dövlət Departamentinin daxili yazışmalarından aydın olur ki, 2008-ci il may ayının 15-də ABŞ səfiri xanım Ann Dersi Dövlət Departamentinə göndərdiyi məktubda Əli Həsənov ilə görüşündən və görüşdə müzakirə edilən məsələlər haqda yazır.

Səfirin yazdığına əsasən Əli Həsənov deyir ki, o, Prezident Administrasiyasının rəhbəri calışan Ramiz Mehdiyevin ABŞ-da prezident seçkilərinə dair verdiyi qiymətlə qətiyyən razı deyil və bu dövlət siyasətini əks etdirmir.
Eyni zamanda, xanım səfir Prezident Administrasiyasının Hüquq şöbəsinin müdiri Şahin Əliyevin fikirlərinin əslində Ramiz Mehdiyevin yanaşması ilə üst-üstə düşməsini qeyd edir.
Xüsusilə, Şahin Əliyev səfirə Qərbin ikili standartlarla yanaşmasını qeyd edir. Qərblə yanaşı Şahin Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu da Azərbaycandakı seçkilərin təhlilində qərəzli yanaşmada günahlandırır.
Ambasadorė A.E.Derse üçün şəkil nəticəsi

Maraqlıdır ki, dövlətin iki aparıcı məmuru, Prezidentlə gündəlik əlaqədə olan və hər bir sözünə görə məsuliyyəti anlayan şəxslər bir söz söyləyir, dövlətin siyasi xəttini ifadə edir, bu məqamda isə həmin vaxtı Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri çalışan Əli Həsənov fərqli mövqe nümayiş etdirərək, özünü Amerika diplomatına fərqli obrazda təqdim etməyə calışır.
Həmçinin oxuyun
Digər maraqlı məqam ondan ibarətdir ki, həmin dövrdə Əli Həsənovun oğlu Şamxal Həsənov ABŞ-da təhsil alır, lakin sonra təhsildə uğursuzluğuna görə geri qayıdır.
Əli Həsənov səfirə aşağıdakıları söyləmişdi: “Ramiz Mehdiyev özü demək istədiyini demişdi, ayrı -ayrı məmurların fikirləri dövlət siyasətini əks etdirmir”.
Maraqlısı odur ki, Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də Prezident Sarayında “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda demişdir ki: “Bəzi hallarda üç Cənubi Qafqaz ölkəsini müzakirə etmək üçün yanlış meyarlar seçilir. Biz özümüzü heç vaxt heç kimlə müqayisə etməmişik və belə fikrimiz yoxdur. Dünyada ikili standartların mövcudluğu və əfsuslar olsun ki, möhkəmləndiyi zaman belə açıq müzakirələrin aparılması çox vacibdir”.
Beləliklə, Prezident də ikili standartlardan narahatdır və bunu gündəmə gətirməkdən çəkinmir. Ramiz Mehdiyev isə daha acıq şəkildə ABŞ-a sözünü deyir, Şahin Əliyev səfirlə görüşdə dövlətin siyasi dəsti xəttini qoruyur. Və yalnız Əli Həsənov özü üçün ABŞ-la yeni imkanlar axtarışındadır.
ABŞ səfiri Əli Həsənovu görüşdə ağıllı mesaj verməkdən çox, özünü guya məsələləri bilən və bunu hər fürsətdə göstərməyə çalışan insan kimi xarakterizə edir.
Səfir qeyd edir ki, Əli Həsənov açıq şəkildə Ramiz Mehdiyevin sözlərini inkar edir və Əli Həsənov “düşünən beyin deyil, primitiv instrumentdir” (Hasanov is a blunt instrument, not a visionary thinker).
Maraqlıdır, tez-tez Rusia Federasiyasının Həştərxan vilayətinə səfərlər edən, Rusiyada aldığı təltifləri mediada gündəmdə saxlayan Əli Həsənovun amerikalılarla separat münasibətlər yaratmasında məqsədi nə idi?


15:45 / 02 Fevral 2026
21
15:34 / 02 Fevral 2026
86
15:30 / 02 Fevral 2026
30
15:29 / 02 Fevral 2026
45
15:20 / 02 Fevral 2026
34
14:56 / 02 Fevral 2026
44
14:49 / 02 Fevral 2026
62
14:38 / 02 Fevral 2026
57
14:24 / 02 Fevral 2026
52
14:09 / 02 Fevral 2026
74
14:05 / 02 Fevral 2026
65
13:58 / 02 Fevral 2026
173
13:45 / 02 Fevral 2026
83
13:36 / 02 Fevral 2026
67
13:31 / 02 Fevral 2026
920
13:25 / 02 Fevral 2026
70
13:15 / 02 Fevral 2026
67
13:05 / 02 Fevral 2026
80
12:59 / 02 Fevral 2026
90
12:53 / 02 Fevral 2026
91
12:42 / 02 Fevral 2026
93
12:36 / 02 Fevral 2026
72
12:28 / 02 Fevral 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.