Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov: “Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib”

Vilayət Eyvazov: “Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib”

SİYASƏT

895

22.01.2020, 17:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən il Azərbaycanda qeyri-leqal dövriyyədən 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

Oxu24.com -un   məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, hesabat dövründə mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

 

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.