Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
27 Noyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
155
27.11.2026, 16:38
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.
Oxu24.com xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qüvvədə qalır.
Sazişin əsas mətninə edilmiş 12 Əlavə qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə veriləcək.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
16:30 / 27 Noyabr 2026
36
16:22 / 27 Noyabr 2026
45
16:19 / 27 Noyabr 2026
48
16:06 / 27 Noyabr 2026
150
16:04 / 27 Noyabr 2026
93
15:58 / 27 Noyabr 2026
79
15:57 / 27 Noyabr 2026
82
15:31 / 27 Noyabr 2026
91
15:24 / 27 Noyabr 2026
256
15:12 / 27 Noyabr 2026
105
15:04 / 27 Noyabr 2026
119
15:03 / 27 Noyabr 2026
123
14:43 / 27 Noyabr 2026
174
14:28 / 27 Noyabr 2026
113
14:20 / 27 Noyabr 2026
137
14:02 / 27 Noyabr 2026
948
13:57 / 27 Noyabr 2026
135
13:56 / 27 Noyabr 2026
128
13:41 / 27 Noyabr 2026
155
13:22 / 27 Noyabr 2026
2123
12:56 / 27 Noyabr 2026
138
12:41 / 27 Noyabr 2026
199
12:37 / 27 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.