Ramiz Mehdiyev evdən qoşuldu,qızı isə...-MƏHKƏMƏDƏN XƏBƏR
27 Noyabr 2026, 15:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
42
27.11.2026, 16:30
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayıb.
Oxu24.com xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dıqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar verib.
Baxış iclası 11 dekabra təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.
İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Azad Balayev isə bu il saxlanılıb. Ona isə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü ( (külli miqdarda törədildikdə) və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.
zad Rizvan oğlu Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.
16:38 / 27 Noyabr 2026
1
16:22 / 27 Noyabr 2026
45
16:19 / 27 Noyabr 2026
48
16:06 / 27 Noyabr 2026
150
16:04 / 27 Noyabr 2026
93
15:58 / 27 Noyabr 2026
79
15:57 / 27 Noyabr 2026
82
15:31 / 27 Noyabr 2026
91
15:24 / 27 Noyabr 2026
256
15:12 / 27 Noyabr 2026
105
15:04 / 27 Noyabr 2026
119
15:03 / 27 Noyabr 2026
123
14:43 / 27 Noyabr 2026
174
14:28 / 27 Noyabr 2026
113
14:20 / 27 Noyabr 2026
137
14:02 / 27 Noyabr 2026
948
13:57 / 27 Noyabr 2026
135
13:56 / 27 Noyabr 2026
128
13:41 / 27 Noyabr 2026
155
13:22 / 27 Noyabr 2026
2123
12:56 / 27 Noyabr 2026
138
12:41 / 27 Noyabr 2026
199
12:37 / 27 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.