Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələr yaradılır
26 Noyabr 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
35
26.11.2026, 20:22
Milli Məclis “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsini təsdiqləyib. Bu mühüm qərar ölkəmizdə məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və transsərhəd hüquqi əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiyaya qoşulma mülki və kommersiya xarakterli mübahisələrin araşdırılması zamanı xarici ölkələrdə yerləşən sübutların əldə olunması mexanizmini köklü şəkildə yeniləyəcək. Eyni zamanda, bu addım xaricdə yaşayan şahidlərin dindirilməsi və rəsmi sənədlərin toplanması prosesində mövcud olan bürokratik əngəllərin aradan qaldırılmasına hesablanıb. Sözügedən sənədin qüvvəyə minməsi Azərbaycan vətəndaşlarının və sahibkarlarının xarici məhkəmələrdə öz qanuni hüquqlarını daha operativ və effektiv şəkildə müdafiə etməsinə geniş imkanlar açacaq.
Mövzu ilə bağlı oxu24.com-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, bu konvensiyaya qoşulma sorğu məktublarının göndərilməsi və icrasını asanlaşdırmaqla məhkəmələr arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyacaq:
“Əvvəlki prosedurlardan fərqli olaraq, indi həm sorğu məktubu mexanizmi tam işə düşəcək, həm də sorğularda məhkəmələrin iş prinsipi, icra qaydaları, tərəflərin adları və ünvanları, işin mahiyyəti, ekspert rəyi və şahid ifadələri kimi bütün zəruri detallar dəqiq şəkildə əksini tapacaq. Bununla yanaşı, xüsusi üsul istəmək hüququ da veriləcək — yəni şahidin həmin xarici ölkənin prosessual qaydaları əsasında dindirilməsi və danışdırılması mümkün olacaq”.
Ekspertin sözlərinə görə, yeniliyin ən böyük praktiki faydası xaricdə yaşayan şahidlərin ifadələrinin alınması və sübutların toplanması mexanizmlərinin şaxələndirilməsidir:
“Bu proses artıq təkcə ənənəvi sorğu məktubu ilə deyil, həm də diplomatik konsulluq yolu və xüsusi komissar vasitəsilə həyata keçirilə biləcək. Azərbaycan vətəndaşları və sahibkarları üçün bu, həyati əhəmiyyət daşıyır. Çünki vətəndaşlar arasında miras, ailə, əmlak mübahisələri, xüsusən də xaricdə işləyib orada nikaha girənlərin ikili vətəndaşlıqla bağlı üzləşdiyi ciddi problemlər həmişə geniş müzakirə mövzusu olub. Yeni mexanizm bütün bu prosedurları xeyli sadələşdirəcək. Eyni zamanda, sahibkarlar üçün də beynəlxalq ticarət mübahisələrinin həlli istiqamətində mühüm addımlar atılacaq”.
Beləliklə, konvensiyanın tətbiqi həm fərdi vətəndaşların sosial-hüquqi məsələlərinin, həm də yerli biznes subyektlərinin xarici tərəfdaşlarla yaranan kommersiya mübahisələrinin daha sürətli və ədalətli həllinə zəmin yaradacaq.
Çimnaz Telmanqızı
20:31 / 26 Noyabr 2026
7
20:26 / 26 Noyabr 2026
45
20:09 / 26 Noyabr 2026
51
20:02 / 26 Noyabr 2026
76
19:58 / 26 Noyabr 2026
370
19:46 / 26 Noyabr 2026
89
19:30 / 26 Noyabr 2026
104
19:23 / 26 Noyabr 2026
148
19:13 / 26 Noyabr 2026
101
19:05 / 26 Noyabr 2026
179
18:59 / 26 Noyabr 2026
94
18:56 / 26 Noyabr 2026
118
18:48 / 26 Noyabr 2026
125
18:42 / 26 Noyabr 2026
124
18:39 / 26 Noyabr 2026
165
18:29 / 26 Noyabr 2026
130
18:26 / 26 Noyabr 2026
131
18:17 / 26 Noyabr 2026
111
18:08 / 26 Noyabr 2026
121
18:02 / 26 Noyabr 2026
125
17:33 / 26 Noyabr 2026
1152
17:07 / 26 Noyabr 2026
150
17:05 / 26 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.