Qaynar xətt:

(+99450) 247 90 86

“Aztelekom”dan internet sürəti ilə bağlı - Açıqlama 

“Aztelekom”dan internet sürəti ilə bağlı - Açıqlama 

CƏMİYYƏT

60

26.11.2026, 18:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ekspertlərin istinad etdiyi median sürət haqqında hesabat “Ookla”nın metodikasına müvafiq olaraq ölkə üzrə bütün provayderlərin abunəçilərinin ölçmələrinin əsasında formalaşır”.

 Oxu24.com xəbər verir ki,bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Aztelekom”dan məlumat verilib.

Bildirilib ki, genişzolaqlı internetin median sürətinin artırılması mövzusuna gəlincə, bu əlavə investisiyaların cəlbini tələb edir.

“Aztelekom” öz səlahiyyəti çərçivəsində ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, yüksəksürətli internet xidmətlərinin əlçatanlığının artırılması və müasir telekommunikasiya infrastrukturunun inkişafı  üçün zəruri investisiyalar həyata keçirib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “Ookla”nın məlumatları əsasında mütəmadi dərc etdiyi hesabatlara görə, “Aztelekom” 11 ay ərzində 150 Mbit/s və daha çox sürət göstəricisi ilə “Yüksək” kateqoriyada yer alıb.

Aparılan məqsədyönlü təkmilləşdirmə işlərinin uğurlu nəticəsi olaraq Oktyabr ayını əhatə edən son hesabatda isə 200 Mbit/s və daha yüksək sürətlə “Aztelekom” MMC “Çox Yüksək” sürət kateqoriyada xidmət göstərən internet provayderlər sırasında yer alıb”, - deyə məlumatda qeyd edilib.