Qaynar xətt:

(+99450) 247 90 86

Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu

Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu

KRİMİNAL

72

26.11.2026, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi şəhərində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan şəxs həbs edilib.

Oxu24.com-un  məlumatına görə, Ağdam rayon sakini 2008-ci il təvəllüdlü Məmməd Məmmədov (ad-soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb olunub.

Araşdırmalarla müəyyən edilib ki, 2025-ci ilin 31 dekabr tarixində Ağdam sakini Mustafa Mustafayev dostu Məmmədlə birgə Ağdamdan Xankəndiyə gediblər. Onlar şəhərin mərkəzi meydanında Mustafanın tanış olduğu qızla görüşüblər. Bu zaman həmin qızın yanında 2012-ci il təvəllüdlü Südabə də olub və Məmməd onunla tanış olub. Daha sonra onlar Xankəndidəki evə gediblər. Burada Məmməd yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.

Bu hadisədən bir neçə gün sonra Südabə ailəsini tərk edərək özbaşına Bakıya qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə tapılan qız ailəsinə təhvil verilib. Bundan sonra onun Yeni il gecəsi başına gələn hadisə də üzə çıxıb və Ağdam sakini barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. İşin materiallarına Xankəndi Şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə 18 yaşlı Məmmədə 3 il həbs cəzası verilib. Məhkəmə prosesi dövründə ev dustaqlığında olan gənc iclas zalındaca qandallanıb.Qafqazinfo