Qaynar xətt:

(+99450) 247 90 86

Misirdə 31 nəfərin ölümü ilə nəticələnən qəzaya görə sürücü saxlanılıb

Misirdə 31 nəfərin ölümü ilə nəticələnən qəzaya görə sürücü saxlanılıb

DÜNYA

46

26.11.2026, 15:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qahirənin qərbində yerləşən Giza dairəvi yolunda 31 nəfərin ölümünə, 21 nəfərin yaralanmasına səbəb olan qəzanı törətməkdə ittiham olunan sürücü saxlanılıb.

Oxu24.com xəbər verir ki,Misir Prokurorluğu sosial media hesabında verdiyi açıqlamada hadisə yerində lazımi araşdırma aparıldığını və şahidlərin dindirildiyini bildirib.

Bəyanatda şübhəlinin "Merc rayonu istiqamətində saatda 110 kilometr sürətlə hərəkət etdiyini, ötmə zamanı tankerin sağ arxa hissəsinə sol ön hissəsi ilə dəydiyini, nəticədə tankerin aşdığına və yanacağın dağılıb yandığına" etiraf etdiyi vurğulanıb.

Bəyanatda saxlanılan sürücünün dindirilməsinin davam etdiyi və zərərin qiymətləndirilməsi ilə bağlı prosedurların davam etdiyi əlavə edilib.

Dünən axşam Qahirənin qərbində yerləşən Gizanın Varraq bölgəsindəki dairəvi yolda neft daşıyan tankerin aşması nəticəsində baş verən yanğında 31 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Nigar