Xaricdə yaşayan Azərbaycan vətəndaşları ipoteka krediti ala bilərmi? – AÇIQLAMA
26 Noyabr 2026, 17:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
52
26.11.2026, 17:07
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı gün üzü görüb.
Musavat.com xəbər verir ki, Bakıda, “AVE Print” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çıxan kitabda müəllifin son iki ildə qələmə aldığı siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji səciyyəli yazıları toplanıb.
Səkkiz tematik bölmə üzrə sistemləşdirilən nəşrdə Azərbaycan dövlətçiliyinin ideya əsasları, tarixi yaddaş, milli kimlik, Qarabağ Zəfərinin siyasi-mənəvi nəticələri, ictimai düşüncənin çağdaşlaşması, dil və mədəniyyət, din–dövlət münasibətləri, dünyəvilik və vətəndaş məsuliyyəti məsələləri nəzərdən keçirilir.
Kitabın “Tarix mirası mövzusunda mülahizələr”, “Qarabağın azadlığı və erməni xəstəliyi”, “Zamanın çağırışları”, “Şəxsiyyətlər və kölgələri”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”, “Bütövlük xəstəliyi”, “Ümmətçi dinimiz və milli cəhalətimiz” adlı bölmələrində müəllif çağdaş Azərbaycan cəmiyyətinin intellektual gündəminə aid bir sıra aktual məsələlərə özünəxas yanaşma sərgiləyir.
Kitaba adını vermiş “Çoban məsuliyyəti” məqaləsində məsuliyyət anlayışı qoruyuculuq, mənəvi öhdəlik, maarifçilik və ictimai davranış kontekstində dəyərləndirilir. Nəşrin önündə yer alan “Qranulalar” – aforistik səciyyəli seçmə fikirlər də əsərin ümumi ideya məzmununu tamamlayır.
Yeni kitab Fazil Mustafanın öncəki illərdə çıxmış “Düşünürüksə, varıq!”, “Sağlam düşüncə alternativi”, “Doğru düşüncənin hikməti”, “Xalq və qaragüruh”, “Düşünənlər və düşündürənlər”, “Cəhalət kolonu”, “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” və digər əsərlərində ifadə olunan ideya axtarışlarının davamıdır.
Müəllifin sayca 31-ci kitabı olan “Çoban məsuliyyəti” siyasi fəlsəfə, tarix, kulturologiya, dinşünaslıq, hüquq və vətəndaş cəmiyyəti məsələləri ilə ilgilənən mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Həmçinin oxuyun
17:05 / 26 Noyabr 2026
11
17:00 / 26 Noyabr 2026
27
16:55 / 26 Noyabr 2026
52
16:40 / 26 Noyabr 2026
179
16:38 / 26 Noyabr 2026
82
16:23 / 26 Noyabr 2026
112
16:15 / 26 Noyabr 2026
94
16:08 / 26 Noyabr 2026
96
16:01 / 26 Noyabr 2026
93
15:58 / 26 Noyabr 2026
101
15:49 / 26 Noyabr 2026
96
15:44 / 26 Noyabr 2026
92
15:40 / 26 Noyabr 2026
95
15:34 / 26 Noyabr 2026
107
15:27 / 26 Noyabr 2026
116
15:15 / 26 Noyabr 2026
684
15:10 / 26 Noyabr 2026
120
15:09 / 26 Noyabr 2026
116
15:01 / 26 Noyabr 2026
115
14:54 / 26 Noyabr 2026
125
14:50 / 26 Noyabr 2026
109
14:45 / 26 Noyabr 2026
124
14:30 / 26 Noyabr 2026
632
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.