Xaricdəki şahid və sübutlar üçün yeni dövr: Vətəndaş və sahibkarları hansı dəyişiklik gözləyir?
26 Noyabr 2026, 20:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
53
26.11.2026, 20:09
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda bir neçə istiqamət üzrə komitələrin yaradılması nəzərdə tutulub.
Oxu24.com xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, budəfəki görüş əvvəlkilərdən onunla fərqlənir ki, ümumi müzakirələrlə yanaşı, tematik komitələr də fəaliyyət göstərəcək.
Fərhad Məmmədov qeyd edib ki, komitələr ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media istiqamətləri üzrə çalışacaqlar.
O bildirib ki, bu format çərçivəsində növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur.
Fərhad Məmmədovun sözlərinə görə, təşəbbüsün əsas xüsusiyyətlərindən biri vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmasıdır.
“Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, – o vurğulayıb.
O əlavə edib ki, görüş zamanı iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.
Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.
20:31 / 26 Noyabr 2026
7
20:26 / 26 Noyabr 2026
45
20:22 / 26 Noyabr 2026
33
20:02 / 26 Noyabr 2026
76
19:58 / 26 Noyabr 2026
370
19:46 / 26 Noyabr 2026
89
19:30 / 26 Noyabr 2026
104
19:23 / 26 Noyabr 2026
148
19:13 / 26 Noyabr 2026
101
19:05 / 26 Noyabr 2026
179
18:59 / 26 Noyabr 2026
94
18:56 / 26 Noyabr 2026
118
18:48 / 26 Noyabr 2026
125
18:42 / 26 Noyabr 2026
124
18:39 / 26 Noyabr 2026
165
18:29 / 26 Noyabr 2026
130
18:26 / 26 Noyabr 2026
131
18:17 / 26 Noyabr 2026
111
18:08 / 26 Noyabr 2026
121
18:02 / 26 Noyabr 2026
125
17:33 / 26 Noyabr 2026
1152
17:07 / 26 Noyabr 2026
150
17:05 / 26 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.