Qaynar xətt:

(+99450) 247 90 86

İran bu ölkəyə zərbə endirdi

İran bu ölkəyə zərbə endirdi

DÜNYA

42

26.11.2026, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Küveyt ordusu İranın pilotsuz təyyarəsinin hücumunda kritik bir obyektin hədəfə alındığını və dörd nəfərin yaralandığını bildirib.

Oxu24.com xəbər verir  ki,Küveyt ordusunun açıqlamasında ölkənin hava məkanına daxil olan çoxsaylı İran pilotsuz təyyarələrinin aşkarlandığı və hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin müdaxilə etdiyi bildirilib.

Bəyanatda bildirilib  ki, hücumda kritik bir obyekt hədəfə alınıb və dörd nəfər - biri Küveyt, ikisi İtaliya və biri Pakistan vətəndaşı - qəlpələrdən yaralanıb.

Yaralılar müalicə üçün xəstəxanaya aparılıb və hücum nəticəsində ziyan da dəyib.

Məlumatda  qeyd edilib ki, Küveyt ordusu ölkənin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirləri görməyə davam edir.

Jalə